FHN Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb 

16:20 25.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonunda ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 52 ton ot bağlamasının 40 tonu yanıb.

Bu barədə hafta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.